Şrift:
İranda bir gündə iki zavod yanıb
16.07.2020 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu dəfə isə Buşehr şəhərində yerləşən gəmiqayırma zavodunda güclü yanğın qeydə alınıb. Hadisə nəticəsində azı 3 gəmi yanaraq yararsız hala düşüb.





Yanğın nəticəsində ölən və yalananın olmadığı bildirilsə də, zavoda külli miqdarda ziyan dəyib.


Digər bir oxşar hadisə isə Fars əyalətində yerləşən "Lamerd" aluminium zavodunda baş verib. Anod istehsalı şöbəsində başlayan alov qısa müddətdə müəssisəni bürüyüb. Hadisə nəticəsində ölən və yaralanan, eləcə də zavoda dəyən zərərin miqdarı barədə məlumat verilmir.


Hər iki yanğının səbəbi məlum deyil. Faktlarla bağlı araşdırmalar başlanıb.
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed