Şrift:
Güney azərbaycanlı fəallar Əyyub Şiri və Babək Hüseyni Müqəddəmin məhkəməsi keçirilib
16.07.2020 [10:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fəallar iyulun 14-də Təbrizdə İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə ediliblər. İnqilab məhkəməsinə sədrlik edən hakim Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan Rəhim Həmlbər olub.





Təbriz şəhəri sakini olan Əyyub Şiri daha öncə Təbriz Cəza Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “ictimai nəzm-intizamı pozmaq”da günahlandırılaraq 12 ay həbs və 74 şallaq zərbəsinə məhkum edilib. Lakin milli fəal barəsində çıxarılan hökmün icrası bir illiyə təxirə salınıb.





Şiri 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə saxlanılmışdı.

O, bir müddət nəzarət altında qaldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılıb.





Fevralın 25-də mülki girov qarşılığında Təbriz həbsxanasından müvəqqəti azadlığa buraxılan milli fəal Babək Hüseyni Müqəddəm də 2019-cu ilin noyabr etirazları zamanı heç bir günahı olmadan həbs edilmişdi.





Hüseyni Müqəddəm daha öncə də 2008 və 2016 illərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, “sistemə qarşı təbliğat aparmaq”da günahlandırılmış, 6 ay azadlıqdan məhrum edilmişdi.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed