Şrift:
Şərqi Azərbaycanın 300 kəndində şagirdlər dəmir dərs otaqlarında təhsil alır
17.07.2020 [09:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Təsnim” xəbər agentliyinə müsahibə verən Pəyam Sidqi Azərbaycanın heç bir kəndində palçıqdan tikilmiş məktəbin istismarda olmadığını iddia edib.





Halbuki, daha öncə Şərqi Azərbaycanın Əhər vilayətinin Təhsil İdarəsinin rəhbəri Qadir Ramazanpur vilayətdə 25 kaneks və palçıqdan tikilmiş dərs otağının mövcud olduğunu bildirmişdi.





Sidqi həmçinin, Şərqi Azərbaycanda 100-dən çox daşdan tikilmiş məktəbin fəaliyyət göstərdiyini qeyd edib.





Şərqi Azərbaycan əyalətinin təhsil rəsmilərinin dediyinə görə, bu əyalətdə 24 min dərs otağından yalnız 10 mini normal vəziyyətdədir. 7 minində təmir-bərpa işlərinə ehtiyac var, 7 mini isə sökülərək yenidən tikilməlidir.





Ötən ay Şərqi Azərbaycan Məktəblərin Təchizatının Təmin Edilməsi və Yenidənqurma İşləri İdarəsinin rəis müavini Məhəmməd Nəcəfi dövlətin təhsil ocaqlarının tikintisi üçün ayırdığı vəsaitin yetərsiz olduğunu bildirmişdi.





Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb, bu barədə yerli məsullar tərəfindən xəbərdarlıq da edilib. Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemləri demək olar ki, bölgədə xeyriyyəçilik ənənəsinə yaşadan soydaşlarımız tərəfindən çözülür. Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaitini gözləmədiklərini diqqətə çatdırıblar.
Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed