Şrift:
Güney azərbaycanlı milli fəal Salar Tahir Əfşar saxlanılıb
17.07.2020 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata görə, iyulun 16-da günorta saatlarında Urmiyanın “Doqquz Pillə” məhəlləsində yerləşən Təhlükəsizlik idarəsinə çağırılan Tahir Əfşar yerli vaxt ilə saat 17:00-də məhkəməyə göndərilib.





Milli fəal məhkəmə tərəfindən çıxarılan müvəqqəti həbs qərarı ilə Urmiya zindanına aparılıb.





Qeyd edək ki, Güney Azərbaycanda Azərbaycan Respublikasına dəstək mitinqinə çağırışdan vahiməyə düşən İran təhlükəsizlik təşkilatları milli fəallara təzyiq göstərərək aksiyanın keçirilməsinin qarşısını almağa çalışıblar.





Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış ediblər.





GünazTV-yə daxil olan məlumata əsasən, İran Təhlükəsizlik Nazirliyi və “Sepah”ın əməkdaşları Təbriz, Zəncan və Urmiyada tanınmış azərbaycanlı yazıçılar və şairlər, eləcə də tanınmış fəallarla əlaqə saxlayaraq onlardan öz sosial şəbəkə səhifələrində aksiya əleyhinə çıxış etmələrini tələb ediblər.





Təhdidlərə baxmayaraq, azərbaycanlı fəallar sosial media səhifələrində bütün gücləri ilə mitinqdə iştirak edərək Şimali Azərbaycandakı soydaşlarına dəstək verəcəklərini açıqlamışdılar.
Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed