17.07.2020 [10:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, Təbrizdə Azərbaycan konsulluğu qarşısında keçirilən yürüşdə ən az 10 nəfər təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.
Həbs edilənlər arasında Rəhim Sasaniyan, Həkimə Əhmədi (keçmiş siyasi məhbus), Sədulla Sasaniyan və Yasəmin Zəfərinin olduğu dəqiqləşdirilib.
Tehranda isə Ermənistan səfirliyinin qarşısındakı aksiyada Həmid Cabbarlının saxlandığı bildirilib.
Həmçinin iyulun 16-da günorta saatlarında Təbrizin Təhlükəsizlik idarəsinə çağırılan mədəni fəal və keçmiş vicdan məhbusu Rəsul Rəzəvi saxlanılıb.
Urmiya şəhəri sakini, güney azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar da Təhlükəsizlik idarəsinə çağırıldıqdan sonra həbs edilib.
Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış ediblər.
Güney Azərbaycanda Azərbaycan Respublikasına dəstək mitinqinə çağırışdan vahiməyə düşən İran təhlükəsizlik təşkilatları milli fəallara təzyiq göstərərək aksiyanın keçirilməsinin qarşısını almağa çalışıblar.
İran Təhlükəsizlik Nazirliyi və “Sepah”ın əməkdaşları Təbriz, Zəncan və Urmiyada azərbaycanlı yazıçılar və şairlər, eləcə də tanınmış fəallarla əlaqə saxlayaraq onlardan öz sosial şəbəkə səhifələrində aksiya əleyhinə çıxış etmələrini tələb etsələr də azərbaycanlı fəallar bütün gücləri ilə mitinqdə iştirak edərək Şimali Azərbaycandakı soydaşlarına dəstək verəcəklərini açıqlamışdılar.

Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |