17.07.2020 [14:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünən Güney Azərbaycanda Azərbaycan Respublikasına dəstək aksiyalarının keçirilməsi ilə bağlı çağırışdan sonra İran təhlükəsizlik qüvvələri Təbriz, Zəncan və Urmiyada azərbaycanlı yazıçılar və şairlər, eləcə də tanınmış fəallarla əlaqə saxlayaraq onlara təzyiq göstərərək aksiya əleyhinə çıxış etmələrini tələb etmişdilər.
Rəsul Rəzəvi iyulun 16-da günorta saatlarında Təbrizin Təhlükəsizlik idarəsinə çağırılaraq həbs edilmişdi.
Əldə edilən son məlumatlara əsasən, Azərbaycanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda 10-dan çox milli fəal saxlanılıb.
Təbrizdə Azərbaycan konsulluğu qarşısında keçirilən yürüş zamanı tutuqlananlardan hələlik sadəcə Rəhim Sasaniyan, Həkimə Əhmədi (keçmiş siyasi məhbus), Sədulla Sasaniyan və Yasəmin Zəfərinin adları bəlli olub.
Tehranda isə Ermənistan səfirliyinin qarşısındakı aksiyada milli fəal Həmid Cabbarlının saxlandığı bildirilib.
Azərbaycanlı fəalların hazırda harada saxlandığı bəlli deyil.
Urmiya şəhəri sakini, güney azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar da Təhlükəsizlik idarəsinə çağırıldıqdan sonra həbs edilib.

Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |