Şrift:
İranlı rəsmi: “Sabahdan etibarən, Tehranda koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq olunacaq”
18.07.2020 [13:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, İran Səhiyyə Nazirliyinin mühit və iş yerlərində sağlamlıq mərkəzinin sədr müavini Möhsün Fərhadi bu gün mediaya açıqlamasında məlumat yayıb.


Fərhadi deyib ki, sabahdan etibarən, Tehrandakı hökumət qurumları minimum işçi qüvvəsi ilə fəaliyyətlərini davam etdirəcəklər: “Şənbə günündən etibarən, idman sahəsində yeni məhdudiyyətlər tətbiq ediləcək və bir-biri ilə yaxın təmasda olan komandalar arasındakı yarışlar ləğv edilir. Yalnız, özünə xas həssaslığı ilə tanınan super liqa oyunlarında komandalar bəzi məhdudiyyət və qaydalara riayət edərək bir-birləri ilə yarışa biləcəklər.


Sabahdan həmçinin idman və fitnes klublarının, üstüörtülü hovuzların fəaliyyətinə qadağa qoyulacaq. Yeni məhdudiyyət və qadağalar toy və yas mərasimlərinə, eləcə də bir sıra ictimai və mədəni toplantılar və mərasimlərin keçirilməsinə də şamil ediləcək. Bundan başqa, öz müştərilərinə qəlyan təklif edən çayxana və kafelərin, həmçinin zoopark və əyləncə mərkəzlərinin fəaliyyəti də dayandırılacaq” -deyə, İran Səhiyyə Nazirliyinin mühit və iş yerlərində sağlamlıq mərkəzinin sədr müavini Möhsün Fərhadi bəyan edib.
Bu xəbər oxucular tərəfindən 478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed