Şrift:
İranda daha 2414 nəfər koronavirusa yoluxub, 217 xəstə vəfat edib
20.07.2020 [14:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib ki, son 24 saat ərzində ölkədə 2414 Covid xəstəsi aşkarlanıb. Bununla da, İranda indiyədək koronavirusa yoluxanların sayı ümumi olaraq 276 202 nəfərə çatıb.


Sözçü həmçinin qeyd edib ki, bu günə qədər 240 087 xəstə tam sağalaraq evə buraxılıb. Hazırda isə vəziyyətə ağır olan 3583 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.


Sadat Lari sonda bildirib ki, indiyədək İranda 2 milyon 175 min 217 koronavirus testi həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed