Şrift:
Milli fəallar Əli və Rza Vasiqi məhkəməyə çağırılıblar
28.07.2020 [10:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 27-də göndərilən çağırış vərəqəsinə əsasən, Vasiqi qardaşları avqustun 10-da Təbriz vaxtı ilə saat 09:00-da Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməlidirlər.

Çağırış vərəqəsində milli fəalların “bölücülük və millətçilik məzmununda mətnlər yaymaqla milli təhlükəsizliyə qarşı sözləşmə və toplaşma”da günahlandırldıqları bildirilib.





Vasiqi qardaşları iyunun 10-da İran təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerlərində yaxalanmışdılar. İran rejiminin hüquq-mühafizə orqanları əməkdaşları milli fəallara saxlanmalarına dair məhkəmə hökmünü göstərmədən onları döyərək həbs etmişdilər.

Məmurların qardaşlara qarşı fiziki zorakılığı o qədər şiddətli olmuşdu ki, məsələyə qonşular və ətrafda olan mağaza sahibləri də etiraz etmişdi.

Milli fəallar iyunun 16-da hər biri 110 milyon tümənlik mülki vəsiqə ödəməklə müvəqqəti azadlığa buraxılıblar.





Azadlığa çıxandan sonra Əli və Rza Vasiqinin sosial şəbəkələrdə yayılan fotolarında onların təhlükəsizlik qüvvələri tərəfindən döyülmələri nəticəsində bədənlərində yaranan yara izləri açıq-aydın görünürdü.
Bu xəbər oxucular tərəfindən 357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed