Şrift:
İranın Türkiyəyə ixracatı 8 dəfə azalıb
30.07.2020 [10:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Türkiyənin Mərkəzi Statistika İdarəsi məlumat yayıb.


Bildirilir ki, Türkiyə cari ilin ilk 6 ayı ərzində İrandaN ümumilikdə 468 milyon dollar dəyərində məhsul idxal edib. Hansı ki, bu rəqəm keçən ilin analoji dövründə 3.8 milyard dollar təşkil edirdi.


Rəsmi Ankara 2019-cu ilin 2-ci yarısından etibarən İrandan neft alışını tamamilə dayandırıb. Lakin rəsmi statistikalar bu ölkənin İrandan qeyri-neft məhsullarının alışını da kəskin dərəcədə aşağı saldığını göstərir.


Türkiyənin İrandan etdiyi idxalatın 2-ci əsas komponenti qaz hesab edilir. Amma bu ölkə cari ilin 2-ci 3 ayı ərzində İrandan bir kubmetr belə mavi yanacaq almayıb.


Mart ayının sonlarında iki ölkə arasında qaz nəql edən boru kəmərinin "PKK" terrorçuları tərəfindən Türkiyə ərazisində partladılmasından sonra 3 ay təmir edilməməsi də İranın Türkiyəyə qaz ixrac edə bilməməsinin başlıca səbəblərindən biridir. Lakin rəsmi Tehran bir müddət əvvəl artıq kəmərin təmir edildiyi və qaz nəqlinin yenidən bərpa edildiyini bəyan edib.


2020-ci ilin ilk 6 ayı ərzində Türkiyə İrana 843 milyon dollardan çox məhsul ixrac edib. Bu isə keçən ilə nisbətə 40%-dən çox azalmadan xəbər verir.


Bu, tarixdə ilk dəfə olaraq iki ölkə arasında olan ticari dövriyyənin balansının İranın zərərinə mənfiyə düşməsi halıdır.


Rusiya, Çin, Cənubi Koreya, Hindistan və Yaponiya hökumətlərinin də təqdim etdikləri rəsmi statistikalarda İranla ticari dövriyyənin azaldığı, balansın rəsmi Tehranın zərərinə olduğu müşahidə edilir.
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed