Şrift:
Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı 26 min nəfəri ötüb
18.08.2020 [12:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib.

Somi həmçinin COVID-19 virusunun qurbanlarının 1231 nəfərə çatdığını deyib.

Onun sözlərinə görə, hazırda koronavirusa yoluxan 689 nəfər Şərqi Azərbaycan xəstəxanalarında müalicə alır. Onlardan 84 nəfəri ancaq ventilyasiya (süni tənəffüs) aparatı köməyi ilə nəfəs almağa qadirdir.





Qərbi Azərbaycan əyalətində isə 353 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 130 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 824 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 98 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 22 nəfərinin vəziyyəti ağırdır və süni tənəffüs aparatına bağlıdır,” deyə o qeyd edib.

Mühibbi, ötən 24 saatda daha 80 nəfərin koronavirusa yoluxduğunu bildirib.





Zəncan əyalətində də son 24 saatda 10 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 9 min 199 nəfərin koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 2 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 404 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 592 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 259 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Ərdəbildə isə Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, koronavirusa yoluxan 278 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 61 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.

Həbibzadənin dediyinə görə, əyalətdə son 24 saatda 46 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 4 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.





Güney Azərbaycanın Qəzvin əyalətində də son 24 saatda 44 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, hazırda əyalətdə COVID-19 virusuna yoluxan 288 nəfər xəstəxanalarda müalicə alır.

“İnfeksiyaya yoluxanlardan 83 nəfər reanimasiya şöbəsində müalicə alır,” deyə o qeyd edib.

Namdar həmçinin keçən gün daha 5 nəfərin koronavirusdan öldüyünü bildirib.





Həmədan əyalətində də dünən verilən məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 428 nəfərə, koronavirus qurbanlarının ümumi sayı isə 441 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed