Şrift:
İran Bakıda keçiriləcək nüvə konfransına niyə gəlmir?
07.11.2012 [11:14] - Gündəm
Noyabrın 21-də AMEA-nın Radiasiya İnstitutunun təşkilatçılığı ilə nüvə enerjisindən dinc məqsədlər üçün istifadə mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Əliyev verib.

A.Əliyev bildirib ki, bu mövzuda keçirilən 5-ci konfransda dünyanın bir sıra ölkələrindən 21-ə yaxın mütəxəssisin iştirakı gözlənilir. MAQATE təmsilçilərinin də qatılacağı konfransda son illərdə nüvə çalışmaları ətrafında mübahisələrin səngimədiyi İran istirak etməyəcək.

Belə ki, İran dövlət səviyyəsində, elmi-tədqiqat institutları olaraq konfransa qatılmayacaq. Ancaq qonşu ölkədən Azərbaycanda keçiriləcək beynəlxalq konfransda şəxsi dəvətli kimi bir neçə aspirantın iştirakı gözlənilir ki, onlar da Adil Əliyevin öz aspirantlarıdır.
Bu xəbər oxucular tərəfindən 976 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed