Şrift:
“Traxtur Azərbaycan” komandasının məşqçisi cəzalandırılıb
17.09.2020 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Komitə İlhamini 6 ay müddətinə məşqçilikdən məhrum edib.



Məhrumiyyət qərarının Güney Azərbaycan təmsilçisi ilə Tehranın “İstiqlal” komandası arasındakı müsabiqədə zamanı “baş verən hadisələr” ilə əlaqədar olduğu iddia edilib.



İran Futbol Federasiyası İnzibati komitəsi həmçinin “Traxtur Azərbaycan” komandasının baş məşqçisini 50 milyon tümən cəriməyə məhkum edib.



Azərbaycan klubu bu ədalətsiz qərara etiraz edəcəyini bildirib.



Qeyd edək ki, sentyabrın 3-də “Traxtur Azərbaycan” futbol komandası Məşhəd şəhərində keçirilən matçda Tehranın “İstiqlal” komandasını 3:2 hesabı ilə məğlub edərək İran kubokunun (cam-i həzfi) sahibi olub.



“Traxtur Azərbaycan”ın qələbəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində böyük sevinc və coşğu ilə qarşılanıb. Belə ki, ayrı-ayrı şəhərlərdə küçələrə axışan tərəfdarlar milli şüarlar səsləndirərək Azərbaycan musiqisi sədaları altında bu mühüm qələbəni bayram ediblər.



Xatırladaq ki, Tehranın “Perspolis” və “İstiqlal” komandaları fars şovinistlərinin simvoluna çevrilib. Hökumətin dəstək verdiyi komandaların bütün görüşlərində “Traxtur Azərbaycan” komandası və mənsub olduğu Azərbaycan türk milləti kobud şəkildə aşağılanır. Rejimin sistemli şəkildə yol verilən təhqirlərə səssiz qalması vaxtaşırı soydaşlarımızın kəskin etirazı ilə qarşılanıb. Lakin bu istiqamətdə hər hansı addım atılmayıb.



Güney Azərbaycan təmsilçisinin son qələbəsindən sonra İranın İdman naziri Məsud Sultanifər “Traxtur Azərbaycan” futbol komandasını təbrik etmədiyi halda bu komandaya uduzan Tehranın “İstiqlal” komandasını təbrik edib.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed