Şrift:
Muxtar İbrahimi Marağa zindanına köçürülüb
17.09.2020 [11:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, adının açıqlanmasını istəməyən mənbə Günaz TV-yə məlumat verib.



Həmin mənbənin verdiyi məlumata əsasən, Marağa sakini milli fəalın müvəqqəti azadlığa buraxılması barədə hər hansı bir qərarın verilib-verilmədiyi hələlik bəlli deyil.



Muxtar İbrahimi avqustun 26-da Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təhlükəsizlik qüvvələri həmçinin İbrahiminin evinə gedərək ona aid bir sıra şəxsi əşyaları müsadirə ediblər. Fəalın hansı səbəbdən tutulduğu barədə heç bir məlumat yoxdur.



Son günlərdə Marağanın təhlükəsizlik idarəsinin milli fəallara qarşı göstərdiyi təzyiqləri artıb.



Sentyabrın 13-də Marağa şəhərinin bir neçə milli fəallı, o cümlədən, Hamid Yeganəpur, Məhəmməd Abbaspur və Davud Əzimzadə təhlükəsizlik idarəsinə çağırılaraq saatlarca sorğu-sual edildikdən sonra sərbəst buraxılıblar.



Qeyd edək ki, Muxtar İbrahimi bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed