Şrift:
Ziya Acar: Ermənilərin Azərbaycanda törətdikləri müharibə cinayətlərinə real qiymət verilməlidir
30.10.2020 [11:17] - Gündəm, Türk dünyası-Turan
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı Ziya Zakir Acar Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə aksiya keçirib.

Ziya Zakir Acar Ağrı dağının cənub yamacında 3500 metr hündürlükdə yerləşən, qədim yaşayış məskənlərindən olan, türk qurultaylarının keçirildiyi Korhan qalasına çıxıb. Burada xidmət aparan hərbçilərlə birlikdə bayraqlarımızı dalğalandıran Ziya Zakir Acar keçirdiyi aksiya ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, hazırkı hərbi əməliyyatlarda Azərbaycan qarşısında biabırçı məğlubiyyətə düçar olan ermənilər tarixin bütün dövrlərində olduğu kimi, yenə də mülki əhaliyə qarşı hücumlar edirlər. Zəfər gününün yaxında olduğunu əminliklə ifadə edən tədqiqatçı qeyd edib ki, əslində, ermənilərin hazırda Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı həyata keçirdikləri qətliamlar saxta “erməni soyqırımı” ilə bağlı əsl həqiqətləri dünyaya nümayiş etdirir. Sadəcə, hazırda törədilən müharibə cinayətlərini görmək, tarixdə və müasir dünyanın gözü qarşısında baş verənlərə ədalətlə, real qiymət vermək lazımdır
Bu xəbər oxucular tərəfindən 1637 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed