Şrift:
Salyanda sahələrdən 40 min tondan çox tərəvəz yığılıb
15.12.2020 [11:54] - Gündəm, İqtisadiyyat
Salyanda tərəvəz yığımı başa çatmaq üzrədir. Məhsul istehsalçıları erkən yazda əkdikləri 1385,4 hektar tərəvəz sahəsindən bu günədək 40 min tondan çox məhsul toplayıblar.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, bu mövsüm salyanlı fermerlər 1385,4 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə gözlənildiyindən də çox məhsul olub. Xeyli vaxtdır ki, əkinçilər yetişdirdikləri məhsulun yığımını aparır və sahələrdən indiyədək 40 min 914,1 ton məhsul yığıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2604 ton çoxdur. Hər hektarın məhsuldarlığı 295,3 sentnerə çatır.

Tədarük olunan məhsulun 2732 tonunu bibər, 844,6 tonunu badımcan, 699,2 tonunu kələm, 8093,6 tonunu xiyar, 27 min 456,8 tonunu pomidor, 152,2 tonunu sarımsaq, 590 tonunu soğan, 299,1 tonunu isə sair tərəvəzlər təşkil edib.
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed