Şrift:
Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri görülür
11.01.2021 [12:13] - Xəbərlər, Sosial
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli orqanları tərəfindən dekabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 6 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Xidmətdən bildirilib ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergiödəyicisində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 1 vergiödəyicisində malların təqdim edilməsi zamanı qaimə-faktura təqdim edilməməsi, 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 3 vergiödəyicisində isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bu xəbər oxucular tərəfindən 246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed