Şrift:
1945-46-ci il Güney Azərbaycan Milli Hökümətinin banisi Seyid Cəfər Pişəvərinin Azərbaycan xalqına sonuncu çağırışı
28.11.2012 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
07.12.1946 -ci il Aşura günü Təbriz dövlət Mərkəzi Komitənin Binası Qarşısında Azərbaycan Mili Dövlət başçısı şəhid M C Pişəvəri çıxışı və millətə işqala qarşı xəbərdalıq və çağrışı

Əziz həmvətənlər!
Azərbaycan xalqının tarixi günlərindən biri yenə başlandı. Keçən il həmin gecədə Tasua axşamı Azərbaycan xalqı öz varlığını isbat edib özünü bütün dünyaya tanıtdırmağa imkan tapdı.

Bu bir ilin ərzində Azərbaycan xalqı tarixlər boyu azadlıq məşəldarı oluduğunu isbat etdi.
Biz bu az müddətdə çoxlu işlər görüb sabit etdik ki, azad bir xalq hər iş görə bilər. Xalqımız hansı təbəqədən olursa - olsun sarsılmaz bir vəhdət təşkil verməklə o köhnə və çürümüş təşkilatın məhkum olmasını sübuta yetırdı.
Keçmişdə farslarin şum siyasətlərin əsərində xarabazara dönmüş şəhərimiz abadlaşıb, milli müəssisələr vücuda gəlib və xalq öz müqəddəratına hakim olmuşdur. Beləliklə indi xalqımız özünü azad və xoşbaxt hesab edir.
Nəzərə aldığı islahatı özü istədiyi kimi həyata keçirir. Biz öz dilimizdə mədrsə, mətbulat və böyük mədəni ocaqlar vücuda gətirmişik. Bu, möcüzə dir. Biz çox böyük işlər görə bilərdik, lakin bizim azadlığımızdan vəhştə düşən iran mürtəceləri bizi aldatdılar, dedilər ki, biz istəyirik hər yerdə azadlıq olsun, sizin azadliğızı bütün İranda ümumiləşdirək. Səkkiz ay bizi mətəl etdir. səkkiz ay bizi yalan yerə dolandırdılar. Biz bilirdik ki, onlar yalan deyirlər, lakin dedik ki, qoy onların yalanları bütün dünyaya sabit olsun. Səkkgiz ay yalan danışdıqdan sonra, indi bizim azadlığımizi süngü gücü ilə almaq istəyirlər. onlar fəramuş etmişlər ki, Azərbaycan xalqı daha əsarətaltına getməyəcək. (alqışlar)


Azərbaycanlı çox çətinliklər görmüş və çoxlu zülm və təədilərə məruz qalmişdir. Lakin heçvaxt öz şəhamətini əldən verməmişdir. İndi onlar bizi iki məsələ qarşısında qoymuşlar: Onlar istəyirlər buraya təminiyə qüvvəsi adi altında azadlığımızı əzmək üçün cəllad jandarm varıd etsinlər və ya Azərbaycan xalqı məclisə nümayəndə gönderməkdən məhrum olsun. Bu iş olmayacaqdır. azərbıaycan xalqı öz azadlığın əldən vermiəcəkdir.
İndi Azərbaycan kənəliləri öz yerlərini dalı qaytarmaz. (alqışlar ) kənədlilərin qanını soran mürtəcelər və iran jandarmlari daha buraya ayaq basa bilməzlər. Xalqımız yenidən əsarət altına getmiəcəkdir.

Onların qoşunlarını idarə edib onlara fərman verənlər irticai bir mahiyətə malikdırlər. Lakin Azərbaycan qoşunu və onu idarə edənlər azadlıq qoşonu və azadlıq mübarizəsində doğulmuş fərmandehlərdən ibarətdir və buna görə də irəli gedib onları darmadağın edə cəklər...(alqışlar )


Azərbaycan xalqı hər biri bir əsgərdir. Onların öz Firqələrinə öz azadlıqlarına əlaqəsi vardır və hər qiymtə olur olsun ondan difa edəcəklər.

İran dövlətinin Zəncanda törətədiyi cinayətlər nacəvanmərdana cinayətlərdır. Sizin yadızdadır ki, dövlət qüvvələri bizə təslim olduqdan sonra onların bizə etdikləri təcavüz, təədi və zülmlərinə baxmayaraq bütün əfsərlərin parablumlarını ev əsasiyələrini verib, onları ehtiramla yola saldıq, onların getmək vəsayilin fərahəm etdik. Lakin onlar Zəncanda əsləhəsiz əhalini öldürüb, uşaqları boğub ayaqları altına saldılar, cavan qızların namusunu hətk etdilər, ruhanilərin əmmamələrini boğazlarına sarıyb, küçələrdə sürüdülər... Onların hökuməti çürümüş və cinayətkar bir hökumətdir. O hökumət gərək aradan getsin. Biz onun yerində milli hakimiyyət yaradacağıq. (gurultulu alqışlar)



Əziz həmvətənlər!
Tarix bizim boynumuza ağır bir vəzifə vermişdir.

Azərbaycan əsgərləri və Fədailəri, indi soyuq gecələrdə dağlarda, çöllərdə, sizin azadlığınızın keşiyini çəkirlər. Siz də onlara kömək etməyə çalişin. (hazırıq, kömək edəcəyik) Bundan sonra bütün Azərbaycan xalqı azadlığı həyata keçirmək uğrunda amansız mübarizə aparacaqdır. Xalq gərək bir yaşasın, bütün təbəqələr irtica əleyhinə birlikdə mübarizə etməlidirlər.
Biz şərflə yaşayacağıq, ölümə hazır olmayan bir millət azad yaşaya bilməz.


Bizim xalqımız qəhraman bir xalqdır. O düşməndən qorxmur. Düşmənlər xalqımızın qarşısında diz çöküb təslim olacaqlar. (alqışlar) Siz unutmayın ki, Səttarxan bir az iddə ilə qiyam etdi. Azadlığımizi hifz etmək üçün bizim bir sarsılmaz qüvvəmiz, geniş bir təşkilat və ona rəhbərlik edən möhkəm və inanılımş bir Firqəmiz vardır.


Bununla belə heç bir xətər yoxdur. Fədailərimiz, əsgərlərimiz və əgər lazım olarsa mərkəzi komitə üzvlərimiz də sizdən difa edəcəklər. Əmniyət heçvəch ilə pozulmayacaqdır. Mən keçən il qiyam etdiyimiz zaman dedim ki, xalqın malına təcavüz etmək fikrində olanlar əvəllcə bizim cənazələrimizin üzərindən keçməlidirlər. Necə də ki,gördünüz heç bir əmniyətsizlik zahirə çıxa bilmədi.
Mən yenə deyirəm ki, heç bir əmniyətsizlik olmayacaqdır. Əmniyəti pozanlara hərks olur - olsun bir zərrəcə də rəhm etməyəcəyik.

Yaşasın səngərlərdə azadlığımızın keşigin çəkən qəhraman Fədailərimiz!
Yaşasın xalqımızın dili, tarixi və milli xüsusiyyətləri!
Yaşasın azadlıq və onun həqiyqi tərəfdarı olan Azərbaycan milləti!

16 azər 1325 (07.Dekabr 1946-ci il Təbriz)
Bu xəbər oxucular tərəfindən 1509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed