01.04.2021 [11:18] - Xəbərlər, Borçalı
Rusiyalı telejurnalist Vladimir Pozner və onu müşayiət edən şəxslər planlaşdırılan vaxtdan əvvəl – aprelin 1-də Tbilisini tərk ediblər.
V. Pozner doğum gününü qeyd etmək üçün qonaqları ilə birgə martın 31-də Tbilisiyə gəlmişdi. Onlar Gürcüstan paytaxtında aprelin 3-dək qalmalı idilər. Lakin rusiyalı telejurnalistin Gürcüstana səfəri kəskin etirazla qarşılanıb. Martın 31-də axşam saatlarında rusiyalı qonaqların qaldıqları otelin qarşısında etiraz aksiyası keçirilib və otelin işıqları söndürülüb. Bundan sonra qonaqlar polisin müşayiəti ilə başqa otelə köçürülüblər. Burada da onların gəlişinə etiraz əlaməti olaraq aksiya keçirilib.
Gürcüstan müxalifəti və fəallar aprelin 1 saat 11-ə daha genişmiqyaslı aksiya keçirməyi planlaşdırmışdı.
Gürcüstan Daxili İşlər Nazirliyi Vladimir Poznerin Tbilisiyə səfərinin qanun çərçivəsində həyata keçirildiyini bəyan edib.
Lakin sonradan telejurnalist və daha 31 nəfər komendant saatının və karantin rejiminin qaydalarını pozduqlarına görə polis tərəfindən cərimələnib.
Bundan sonra qonaqlar Tbilisini tərk etməli olublar.
Məlumat üçün bildirək ki, etirazlara səbəb V.Poznerin Gürcüstanın ərazi bütövlüyünü tanımaması, gürcü və abxazları təhqir etməsi olub.

Bu xəbər oxucular tərəfindən 23868 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |