02.04.2021 [08:54] - Xəbərlər, Siyasət
Aprelin 1-də MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mövcud olan dialoqunun səviyyəsindən məmnunluq ifadə edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |