Şrift:
Yağış Tehranda 4 mərtəbəli evin çökməsinə səbəb olub, 2 nəfər ölüb
30.10.2011 [15:33] - Gündəm
Tehranda yağan aramsız yağış ötən axşam dörd mərtəbəli evin çökməsinə səbəb olub. Hadisə nəticəsində 2 nəfər ölüb 2 nəfər yaralanıb.

Hadisəyə 5 gündür davam edən aramsız yağış səbəb olub. 40 illik tarixi olan bina tamamilə dağılıb.

İlk dəfədir ki, Tehranda arda-arda 5 gün yağış yağır, şəhərin əsas küçə və meydanlarında yağış suyu toplanıb. Yağış küçələrdə onsuz da tıxacları ilə məşhur olan Tehranda daha böyük tıxacların yaranmasına, bəzi yerlərdə telefon xətlərinin sıradan çıxmasına, bəzi regionlarda
qazın kəsilməsinə səbəb olub.

Yağışın yaratdığı problemlərə baxmayaraq əhali yağış yağmasına sevinir. Həmişə çirkli havası olan bu şəhərdə artıq 5 gündür ki, əhali təmiz hava qəbul edə bilir.
Bu xəbər oxucular tərəfindən 891 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed