Şrift:
Biz və Qonşularda əzilən qadınlar
30.11.2012 [09:25] - Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
Dünyanın heç bir ölkəsində qadınlarla kişilər bərabər statusa malik deyildilər. Amma bir çox demokratik ölkələr qadın və kişilər arasında iqtisadi, siyasi, təhsil və səhiyyə sahəsindəki fərqləri cəmiyyət içində aradan qaldırmaq üçün ciddi addimlar atillar və bunun müqabilində avtoritar rejimlər patriarxal təsəvvürləri sistem daxilində yürütməklə qadınların hüquqlarını pozmağa və onların təbii azadlıqlarını məhv etməyə çalışıllar. Bundan əlavə gender bərabərliyi cəmiyyətin dini, ənənəvi, mədəni, icitmai və iqtisadi şəraitindən təsir alır. Məsələn bir çox ölkələr varkı onlarda demokratik qanular kakimdi və demakrat qüvvələr tərəfindən idarə olunullar ama gender bərabərliyi normal istandardlara uyğun deyil və çox düşük vəziyyətdədi.
Dünya İqtisadi Forumu 2006-cı ildən başlayaraq hər il Gender Bərabərsizliyi Hesabatını hazırlayır. Hesabatda 1 bal qadinların kişilərlə tam bərabər olmasını və 0 isə qadın-kişi bərabərsizliyini göstərir. Forumun ekspertləri gender bərabərliyini sadəcə 4 parametr üzürə araşdırıb bu günə kimi nəticəni hər il elan ediblər. Qadınların iqtisadi həyatda iştiraki və iqtisadi imkanlardan yararlanması, təhsil səviyyəsi, sağlamlıq, səhiyyə və həyat tərzi, siyasətdə təmsil olunması və bir çox əlavə edilmiş mühüm göstericilər haqqında dünyada yer alan və BMT də təmsil olunan 135 ölkə arasında qadınların vəziyyəti ilə bağlı kişilərlə müqayisədə məlumat verir.
Bu yazının məqsədi Türkiyə, İran və Azərbaycan ölkələrində gender bərabərliyinin nə dərəcədə olduğunu, məlumatlara dayanaraq göstərməkdir.
Dünya iqtisadi forumunun 2006-ci ildən indiyə kimi nəşr etdiyi rəqəmlərə görə İranda qadınların vəziyyəti kişilərlə müqayəsədə ağır olaraq qalır və 7 il müddətində yəni 2006 ilindən 2012 ilinə qədər getdikcə pisləşmiş və İranın rütbəsini keçmişdəkindən daha artıq düşürmüşdü. 2006 ci ildə İran gender beraberliyi barədə dünyanın 115 ölkəsi içində 108 yeri tutubdur. 2012-ci ildə gender bərabərliyi indeksi göstərib ki İranın rütbəsi 19 pillə düşərək 135 ölkə içində 127-ci yeri tutubdur. Hökümət belə hesab edirki islami dəyərlər qadınlar tərəfindən təhlükə altındadır. Bu məsələni bəhanə edərək istədiyi zaman qadınlara qarşı bir çox qanun layihəsini parlamentdə qəbul etdirib və sonra həyata keçirmişdi. Bununla dolayı qadınlar dövlət tərəfindən təziqlərə məruz qalıb və məişət tərzləri getdikcə pisləşmişdi.
Türkiyədə həsabatların verdiyi məlumatlara istinadən qadınlar kişilərlə müqayisədə daha aşağı bir statusa malikdilər. Bu ölkənin dövlətinin qadınların xeyrinə bir çox müasir və modern qanunları olsada ama cəmiyyət içində islami adət ənənələr və ondan əmələ gələn əhali içində patriarxal zehniyyət, qadınların həm ailə içində və həmdə cəmiyyət içində vəziyyətinin yaxşılaşmasını əngəlləyir və qadınların həyat tərzinin yaxşılaşmasında maniələr törədir. Türkiyədə qadınlar daha çox ailədə və cəmiyyətdə kişilər tərəfindən əzilir və azadlıqları pozulur. Türkiyə Dünya iqtisadi forumunun 2006-cı ildə verdiyi məlumatına görə 115 ölkə içərisində 105-ci yeri tutub amma 2012 ci ilin hesabatı göstərdi qadınların ümumi vəziyyəti araşdırılan bu 4 parametr əsasında ağırlaşıb və 135 ölkə içində 124 rütbəni kəsb etmişdi. Demek olar Türkiyənin rütbəsi bu barədə 9 pillə daha düşmüşdü. Azərbaycan gender fərqləri sahəsində sürətlə son neçə ildə geriləməyə doğru hərəkət edibdi. Dünya İqtisadi Forumu Azərbaycan la bağlı 2007-ci ildən hesabat yaymağa başlayıbdı.
Azərbaycanın gender bərabərliyi baxmayaraq ki 2 qonşu ölkəsindən yüsək yerdədi lakin bu ölkədə qadınların vəziyyətinin geriləmə səviyyəsi və düşüş sürəti bu 2 ölkədən dahada artıqdı. Bu il Azərbaycanın bu 4 parametr üzürə rütbəsi 2007-ci ilə nisbət 41 pillə düşərək 59-cı rütbədən 99-cı sıraya 135 ölkə içində geriləyibdi. Cəmiyyətdə ənənvi olaraq tarixi və dini patriarxal təsəvvürlərin yayqın şəkildə yer alması və hökümət tərəfindən bu təfəkkürün ciddi şəkildə dəstəkləməsi və qadın-kişi bərabərliyi üçün doğru düzgün işlərin görülməməsi və qanunların sadəcə kağız üstündə qalıb və icraya qoyulmamsı həm ailə içində və həmdə cəmiyyətdə kişilərə yüksək status qazandırır və qadınların vəziyyəti patriarxal sistemin əməldə ayrı-seçkiliyindən dolayı pisləşir və qadınların bir sağlam şəraitdə çalışıb, yaşamasına maniələr törədir.
Qadına qarşı hər cür təhqir və ayrı-seçkilik beynəlxalq insan haqları bəyannaməsinə və beynəlxal hüquq nomalarına ziddir. Qadınların zülmə məruz qalması və cəmiyyət içində hüquqların taptalanması icitmaiyyətin sağlam şəkildə inkişafının qarşısını alır. Patriarxal cəmiyyətlərdə qadınlar ciddi şəkildə zorakılıqa məruz qalıllar və fiziki qüvvəyə dayanraq kişilərin qadınlara qarşı həyata keçirdiyi şiddət və zorakılıq qadının kişi ilə müqayisədə cəmiyyətdə və ailə daxilində qeyri-bərabər gücə sahib olması nəticəsindədi. Kişilərin qadınlarla qəddarcasına davranması onların sağlamlığına və ruhi vəziyyətinə ağır zərərlər yetirir.
Demokratik cəmiyyətlərdə və ölkələrdə qadın və kişinin arasında yaranan bu qeyri adi bərabərsizliyi aradan aparmağa çalışılır və demokratik dövlətlər qadınlara qarşı həyata keçirilən ayrı-seçkiliyi və zorakılığı fərqli layihələrin həyata keçirilməsi ilə azaltmağa cəhd göstərillər. Eyni halda bəhs etdiyimiz bu 3 qonşu ölkədə qadınların vəziyyətinin keçmiş zamanla müqayisədə pisləşməsindən və onların hüquqlarının və azadlıqlarının pozulmasından belə çıxır ki, bu ölkələrin dövlətləri qadınların vəziyyətinin yaxşılaşdırılması və prablemlerinin həlli üçün bu müddətdə ciddi şəkildə fəaliyyət göstərməmişlər və bunun üçün doğru düzgün bir qanun layihəsi və siyasət yürütməmişlər. Bu 3 ölkələrin dövlətlərinin gender üzürə parablemlərə laqeyd münasibətindən dolayı, ailədə, cəmiyyətdə və dövlət orqanlarında qadınlar cinsi istismara doğru sövq ediliblər və onların araşdırılan parametrlər üzürə şəraiti pisləşibdir. Nəticədə gender bərabərliyi indeksi bu ölkələrdə düşmüş və bərabərsizliyə doğru geriləmişlər.

Elçin Hatəmi
Bu xəbər oxucular tərəfindən 1746 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed