Şrift:
ABŞ-da məktəbə silahlı hücum olub, yaralananlar var
13.04.2021 [05:54] - Gündəm, Hadisə
ABŞ-da bir məktəbə edilən silahlı hücumda çox sayda insan yaralanıb.

Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Tennessi ştatında, Knoxville şəhərindəki liseyə edilən silahlı hücumda bir polis məmuru da daxil olmaqla çox sayda insanın yaralandığı bildirilir.

Yerli polisinin verdiyi açıqlamada Austin-East Magnet liseyinə silahlı hücum olduğu və təhlükəsizlik qüvvələrinin bölgəyə cəlb edildiyi deyilir.

İnsidentin təfərrüatı açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed