Şrift:
Qırğızıstanda seçicilərin 79 faizi referenduma çıxarılan məsələlərin lehinə səs verib
13.04.2021 [05:56] - Xəbərlər, Siyasət
Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün referenduma çıxarılan məsələlərin lehinə 1 milyon 59 min 476 seçici səs verib ki, bu da 79,24 faiz deməkd

Bu haqda Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurjan Şayldabekova bu gün Bişkekdə keçirdiyi brifinqdə məlumat verib.

O bir daha vurğulayıb ki, konstitusiyaya düzəlişlər və əlavələr olunması ilə bağlı keçirilən referenduma Prezidentin səlahiyyətlərinin artırılması istiqamətində əsas normaların müəyyənləşdirilməsi və Joqorku Keneşdə (parlament) deputatların sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılmışdı. MSK-nın sədri deyib ki, qanunvericiliyə görə səsvermənin tam nəticələri 35 gün müddətində elan olunacaq.
Bu xəbər oxucular tərəfindən 255 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed