Şrift:
Perm diyarı Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır
13.04.2021 [05:59] - Gündəm, İqtisadiyyat
Rusiya Federasiyasının Perm diyarı Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır.

Bunu diyarın iqtisadi inkişaf naziri Eduard Sosnin Perm diyarındakı Sahibkarlıq və İnvestisiya İqliminin yaxşılaşdırılması Şurası nəzdində fəaliyyət göstərən Kamayanı bölgənin ixrac potensialının inkişafı üzrə işçi qrupunun iclasında bildirib. Tədbirdə regional şirkət və müəssisələrin məhsullarının xarici bazarlara çıxarılması məsələləri müzakirə edilib.

E. Sosninin sözlərinə görə, ixracatçıların sorğusu nəticəsində qurum Perm diyarının xarici iqtisadi fəaliyyətinin inkişafında 10 prioritet ölkədən ibarət siyahı formalaşdırıb: Azərbaycan, Qazaxıstan, Özbəkistan, Belarus Respublikası, Hindistan, Çin, BƏƏ, Finlandiya, Almaniya və Yaponiya.

"Bu ölkələrdə prioritet qaydada qarşılıqlı faydalı xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə dair sazişlərin bağlanması, Perm diyarının nümayəndəliklərinin agent şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi, sərgilərdə, birgə biznes missiyalarında iştirak planlaşdırılır", - deyə nazir bildirib.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed