13.04.2021 [06:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Sulduz şəhərindən olan mədəni fəal Səccad Şəhiri aprelin 12-də girov qarşılığında 3 günlük məzuniyyətə buraxılıb.
Qeyd edək ki, milli-mədəni fəal Səccad Şəhiri aprelin 3-də qərarların icrası idarəsinə müraciət etdikdən sonra 6 aylıq həbs cəzasını çəkmək üçün Sulduz (Nəqədə) şəhərinin həbsxanasına aparılıb.
Bundan öncə Səccad Şəhirinin barəsində “sistemə qarşı təbliğat” ittihamı ilə çıxarılan 6 aylıq həbs qərarı Sulduz Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilib.
Səccad Şəhiri 2020-ci il yanvar ayının 16-da İran hökumətinin kəşfiyyat agentləri tərəfindən Sulduz şəhərində saxlanılaraq istintaq edilmək üçün ETTELAAT-ın Təbrizdəki təcridxanasına köçürülüb.
O, həmin ilin mart ayının 2-də ETTELAAT-ın təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüb və 500 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılıb.
Qeyd edək ki, Səccad Şəhiri bundan öncədə dəfələrlə dinc mədəni fəaliyyətinə görə hökumət məmurları tərəfindən saxlanılıb.

Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |