15.04.2021 [06:17] - Xəbərlər, Siyasət
Yaponiyanın Baş naziri Yoşihide Suqa ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün aprelin 15-də yerli vaxtla axşam saatlarında Vaşinqtona səfərə yola düşəcək.
Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu, Y.Suqanın ötən ilin sentyabrında Baş nazir seçildikdən sonra ABŞ-a ilk rəsmi səfəri olacaq. Eyni zamanda, Y,Suqa Co Baydenin cari ilin yanvarında ABŞ Prezidenti kimi vəzifəsinin icrasına başladıqdan sonra onunla görüşən ilk əcnəbi lider olacaq.
Bildirilir ki, aprelin 16-da Ağ evdə keçiriləcək sammitdə Y.Suqa liderlər arasında şəxsi etibarı artırmaq və Yaponiyanın təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malik olan iki ölkə arasında ittifaqı təsdiq etmək niyyətindədir.
Baş nazirin, həmçinin Co Baydenlə açıq və azad Hind-Sakit okean regionunun formalaşması üçün birgə fəaliyyəti müzakirə edəcəyi qeyd edilir.
İki liderin qarşılıqlı təhlükəsizlik və regionda sabitliyin qorunması istiqamətində müzakirələr aparacağı da bildirilir.
Y.Suqanın “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının uğurlu təşkili ilə əlaqədar ABŞ-la əməkdaşlığa can atacağı da qeyd edilir.
Yaponiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, koronovirus pandemiyası ilə əlaqədar Yaponiya Baş nazirini müşayiət edəcək heyətin tərkibi minimuma endirilib. Baş naziri cəmi 80 nəfərin müşayiət edəcəyi bildirilir ki, bu da indiyədək baş tutmuş səfərlərin 20-30 faizini təşkil edir. Y.Suqanın xanımının da bu səfərə qatılmayacağı qeyd edilir.

Bu xəbər oxucular tərəfindən 250 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |