30.11.2012 [13:06] - Müsahibə
- Natiq bəy, bu günlərdə yeni yaranan Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin (ADN DTB) haqda nə deyə bilərsiniz?
- Hələlik bu təşkilatın fəaliyyəti olmadığı üçün birmənalı nə isə demək tezdir. Fəaliyyət olduqca hansı niyyətə xidmət etdikləri üzə çıxacaq. Ancaq hər bir halda bu qurumun 2013 prezident seçkiləri öncəsi, Rusiyanın Azərbaycana qarşı separatizm (bölücü) düyməsinə basdığı ərəfədə meydana çıxması bir xeyli şübhələr yaradır. Adətən etnik məsələlərlə bağlı qurumları həssas məqamlarda xarici ölkələrin xüsusi xidmət orqanları yaradır və idarə edirlər. Bu qurum da istisna deyil.
- Ümumiyyətlə, ölkədə etnik zəminində qarşıdurma yaratmaq mümkündürmü?
- Etnik qarşıdurma istənilən ölkədə mümkündür. Xüsusi ilə sosial, siyasi və iqtisadi problemləri olan Azərbaycan kimi ölkədə. Bunun üçün hər zaman mühit var. Ona görə də ölkədə bir çox problemin həllinə rəvac vermək zamanı gəlmişdir. Problemləri gizlətməklə problemlər həll olunmaz. Təcili islahatlara getmək lazımdır. Bu, xüsusilə də idarəetməyə, hüquq və sosial sistemlərə aid edilməlidir. O yönlər ki, əhali hər gün onlarla qarşılaşmalı olur.
- Bu məsələdə İranın rolunu necə görürsünüz?
- İranın və Rusiyanın bu işdə barmağı ola bilir. Çünki hər iki ölkənin talış bölgəsində müəyyən dayaqları və onları mütamadi ideoloji cəhətdən zəhərləyən baş bilənləri məhz bu ölkələrin paytaxtlarında fəaliyyət göstərirlər. Bu yöndə onlarla sayt da açıb, ideoloji mübarizə aparırlar. Ona görə də "bizə heç nə edə bilməzlər", "bizdə etnik problem yoxdur" kimi aldadıcı fikirlərdən vaz keçməli və ölkədə sözün əsil mənasında barışıq mühiti yaratmaq lazımdır.
Söhbətləşdi: Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1654 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |