16.04.2021 [10:45] - Xəbərlər, Siyasət
Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası müxalifətlə yenidən danışıqlar masası arxasında oturmağa, eyni zamanda kompromisə getməyə və bu istiqamətdə konkret addımlar atmağa hazırdır.
Belə bir bəyanatla ABŞ-da səfərdə olan “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze çıxış edib.
Sədr jurnalistlərə açıqlamasında deyib ki, hakim partiya müəyyən prinsipləri əsas tutaraq konstruktiv yanaşmaya sadiqliyini dəfələrlə təsdiqləyib. Bu prinsiplər istənilən razılaşmanın imzalanması üçün əsasdır və biz bu razılaşmalar çərçivəsində maksimal konstruktivlik nümayiş etdirəcəyik.
Qeyd edək ki, fevralın 23-də müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsindən sonra Gürcüstanda siyasi böhran hökm sürür. Siyasi gərginliyin aradan qaldırılması məqsədilə Avropa İttifaqının vasitəçiliyi ilə mart ayında iki mərhələdə keçirilən iqtidar-müxalifət dialoqu heç bir nəticə verməyib.
Bundan sonra ABŞ konqresmenləri, Avropa İttifaqı Parlamentinin deputatları Gürcüstan iqtidarını kompromisə və müxalifət liderini həbsdən azad etməyə çağırıb. Əks halda Gürcüstana maliyyə yardımlarının dayandırıla biləcəyi barədə müxtəlif bəyanatlar da səslənib.
Qeyd edək ki, bu gündən Gürcüstanın müxalifət partiyalarının nümayəndələrinin bölgələrə səfərləri başlayıb.
Onlar mayın 15-nə nəzərdə tutulmuş geniş miqyaslı mitinqlər barədə əhalini məlumatlandıracaq və insanları aksiyalara dəvət edəcəklər.

Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |