30.11.2012 [13:34] - Müsahibə, Güney Azərbaycan-Təbriz
«İran rejimi Azərbaycan Respublikası əleyhinə fəaliyyət göstərən nəşriyyatları maliyyələşdirir»
Müsahibimiz, «Pınar» nəşriyyat evinin direktoru Şərifə Cəfəridir. Məlumat üçün bildirək ki, bu nəşriyyat İranda bir neçə şəhərdə fəaliyyət göstərib və indiyədək yüzlərlə kitabı Azərbaycan türkcəsində çap edib. Rejimin davamlı təzyiqləri müəssisənin bağlanması və Şərifə Cəfərinin məhkəməyə verilməsilə nəticələnib. Hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan Şərifə Cəfəri və onun nəşriyyatdakı fəaliyyətilə daha yaxından tanış olmaq istədik.
- «Pınar» nəşriyyatının fəaliyyətilə bağlı məlumat verərdiniz.
- Nəşriyyatımızda Azərbaycan türkcəsində xalqımızla, ədəbiyyatımızla, tariximizlə bağlı kitablar çap edirdik. 9 illik fəaliyyətimizdə 300-dən çox kitab nəşr etmişik ki, əksəriyyəti qeyd etdiyim mövzularda olub.
- Nəşr etdiyiniz kitablar harada satılırdı?
- Güney Azərbaycanın bütün şəhərlərində, hətta Tehranda da satılırdı. Türk dilində dərc etdiyimiz üçün kitablara böyük tələbat vardı və çox yaxşı da satılırdı.
- Kitabları elə Azərbaycan türkcəsində nəşr edirdiniz?
- Bəli. Azərbaycan türkcəsində. amma ərəb qrafikası ilə. Quzeyli şairlərin və yazarların da kitablarını nəşr edirdik. Məsələn, Ramiz Rövşənin şeir kitabını bir dəfə 5 min tirajla çap etdik, hamısı satıldı. İkinci dəfə 2000 tirajla nəşr etdik. Türk dilində kitabların oxucuları çoxdur. Kitab sərgilərində biz də çap etdiyimiz nəşrləri nümayiş etdirirdik. Sərgilərdə bizim kitablara olan rəğbət hamını təəccübləndirirdi.
- Qeyd etdiniz ki, Tehranda da türk dilində kitablarınız satılırdı. Fars şəhərində türkdilli oxucularınız var idi?
- Bəli. Tehran əhalisinin təxminən 15 faizini Azərbaycan türkləri təşkil edir. Orada da bizim çoxsayda oxucularımız vardı.
- Nəşriyyatınız nə zaman bağlandı?
- Bir il əvvəl bağladılar. Əvvəl tamamilə bağlandığını demədilər. Aylarla problemi həll etməyə çalışdıq. Bir neçə ay öncə rəsmi şəkildə bağlanıldığını bildirdilər. Türk dilində kitablar nəşr etdiyim üçün davamlı basqılaara məruz qalırdım. Bu baxımdan nəşriyyatımız bir neçə ünvan dəyişməli oldu. Fəaliyyətimizə davam etmək üçün məcburən Kərəcə getməli olduq. Orada da rahat buraxmadılar. Türk dilində kitab nəşr etməməyimi tələb edirdilər. Fikirləşdim ki, bəlkə Tehranda çalışsam, işləməyə imkan verərlər, ora köçməli oldum. Tehranda da eyni təzyiqlər davam etdi. Sonda isə bir il əvvəl nəşriyyatı bağladılar.
- Nəşriyyatınız özü-özünü maliyyələşdirə bilirdi?
- Bəli, kitablarımız yaxşı satılırdı. İmkan versəydilər, «Pınar» fəaliyyətinə davam edərdi. Hətta biz daha da çox inkişaf edə bilərdik. Hər kitabı ən azı 2000-3000 tirajla çap edirdik, hamısı da qısa müddətə satılırdı. Rejim türk dilinin geniş yayıldığını, oxucularının gündən-günə artdığını görüb qorxdu. Bizə hər cür təzyiq göstərirdilər. Təsəvvür edin ki, bir kitabın nəşrinə icazə alana qədər aylarla süründürürdülər. Onu da qeyd edim ki, bizim fəaliyyətimizdə heç bir qanunsuzluq yox idi. Hər nəşr etdiyimiz kitaba görə İran İslami İrşad və Mədəniyyət Hazirliyindən icazə alırdıq. İcazə alandan sonra da nəşrlərimiz çox ciddi senzuradan keçirdi. Bizə bu qədər basqı göstərdikləri halda rejim fars maraqlarına xidmət edən nəşriyyatlara hər cür dəstək olurdu. Tehranda tanıdığım 5 nəşriyyat evi var ki, fəaliyyətlərini sırf Azərbaycan Respublikasına qarşı anti-təbliğat üzərində qurublar. Yaxud da rejimə xidmət edən elə nəşriyyatlar var ki, İranda Azərbaycan tarixini, mədəniyyətini təhrif etməklə məşğuldurlar. Yalnız bu istiqamətdə olan kitablar nəşr edib yayırlar. Rejim belə nəşriyyatları maliyyələşdirir və onların fəaliyyət göstərmələri üçün hər imkanı yaradır.
- Həmin nəşriyyat evlərini kimlər işlədir?
- Müdirləri farslardır. Amma yanlarında rejimin uzun illər apardığı assimilyasiya siyasəti nəticəsində manqurtlaşmış türklər də var. Hökumətin dəstəklədiyi xüsusi nəşriyyat evləri var ki, Azərbaycan Respublikasının əleyhinə materiallar çap etməklə məşğuldurlar. Hər nəşrlərində Azərbaycan Respublikasını pisləməyə, qaralamağa çalışırlar.
- Məqsədləri nədir?
- Nə qədər çalışsalar da, Güney Azərbaycan hər zaman Azərbaycan Respublikasına qarşı sevgi, nisgil, həsrət olub. Qardaşın qardaşa olan qan bağı bu sevgini yaşadır. Rejim Azərbaycan Respublikasını pisləməklə güneylilərin gözündən salmağa çalışır.
- Sizə də hökumətin Azərbaycan Respublikası əleyhinə fəaliyyət göstərmək barədə təklifləri olurdumu?
- Mənə də dəfələrdə müraciət edirdilər ki, sənə nə qədər laızmdırsa pul verək, Azərbaycan Respublikasının, Güney Azərbaycanda Milli Hökumətin qurucusu Seyid Cəfər Pişəvərinin əleyhinə kitablar nəşr et. Nəşriyyatımız heç vaxt belə qara təklifləri qəbul etmədi. Seyid Cəfər Pişəvəri kimi Güney Azərbaycana fayda vermiş bir şəxs haqqında necə mənfi fikirlər çap etmək olar? Məcburən fars dilində bir neçə kitab dərc etmişəm, amma milli mənafeyimizə, Güney Azərbaycana ləkə gətirəcək, təhrif olunmuş heç nə çap etməmişəm.
- Nəşriyyatınız bağlanandan sonra nələr baş verdi?
- Məni «Pınar»ın direktoru olaraq məhkəməyə verdilər. Pantürkizm ittihamı irəli sürdülər. Bir məhkəmə prosesinə getdim. Sonrakı məhkəmələrdə məni vəkilim təmsil etdi. İttihamlarımdan biri bu idi ki, türk dilində kitabları qanunsuz nəşr etmişəm. Amma vəkilim faktlarla onlara sübut etdi ki, hər bir nəşrimi nazirliyin icazəsilə həyata keçirmişəm. Həmçinin pantürkizmdə də ittiham edilirdim. İttihamlara əsasən üç il həbs cəzası ala bilərdim. Bu baxımdan məcburən İranı tərk etməli oldum. Hazırda Türkiyədə yaşayıram. BMT-yə müraciət etmişəm.
- Adətən, Türkiyədə yaşayan siyasi mühacirlər başqa xarici ölkələrdən sığınacaq alırlar. Siz harada yaşamaq istəyərdiniz?
- İlk növbədə Azərbaycan Respublikasında yaşamaq istəyərdim. Çünki Vətənimin bir parçasıdır. Vətəndən uzaq düşmək istəməzdim. Bu, tək mənim deyil, bütün güneylilərin arzusudur. Avropaya gedəndə daha çox assimilyasiya olunuruq. Bu baxımdan Vətəndə qalmağa üstünlük verərdim. Azərbaycan Respublikasına olmasa da, heç olmazsa qardaş Türkiyədə qalıb yaşamaq istərdim. Güney Azərbaycanda yaşayanda Azərbaycan Respublikasına olan sevgimi dilə gətirə bilmirdim. Nəşriyyatımı bağlayacaqlarından ehtiyat edirdim. Amma ürəyimizdə bu sevgi hər zaman yaşayıb. Azərbaycan Respublikasına gəlməyi, kitablarını nəşr etdiyim ədiblərlə görüşməyi çox arzu etmişəm. İranda yaşayanda bu arzumu gerçəkləşdirməyimə imkan vermədilər. Bu gün də Vətənimizin o tayına getməyi çox arzulayıram.
- Güney Azərbaycanda milli hərəkat hazırda hansı durumdadır?
- Milli oyanış geniş yayılır. Güney Azərbaycanın kiçik bir kəndində yaşayan ailələrdə də Azərbaycan Respublikasının üçrəngli bayrağı var. Biz o bayrağı yalnız Azərbaycan Respublikasının deyil, Bütöv Azərbaycanın bayrağı olaraq qəbul edirik. Güney Azərbaycanda siyası baxımdan güclü partlayış gözlənilir. Biz yüz faiz istiqlaliyyətimizi qazanacağıq. Buna heç kimin şübhəsi olmasın və o gün çox yaxındadır. Bu qələbə qan bahasına olacaq, itki verəcəyik, amma azadlığa qovuşacağıq.
Turqut

Bu xəbər oxucular tərəfindən 1873 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |