Şrift:
Macarıstan ölkə iqtisadiyyatının bərpasına əlavə vəsait ayırır
04.05.2021 [09:48] - Xəbərlər, İqtisadiyyat
Macarıstan hökuməti bu il və gələn il üçün ölkə iqtisadiyyatının bərpasına əlavə 15 milyon avro ayıracaq.

bu barədə ölkənin Nazirlər Kabinetinin rəhbəri Viktor Orban “Koşşut Radio” ictimai radiosuna müsahibəsində deyib.

O, pandemiya dövründə itirilmiş iş yerlərinin müqabilində hökumətin mümkün qədər çox iş yerləri açmağa çalışdığını vurğulayıb. Orbanın sözlərinə görə, o buna sadəcə ümid bəsləmir, həm də hamının uğurla ayağa qalxacağına, öz iş yerlərinə qayıdacağına və ya itirilmiş iş yerlərinin əvəzində yeni iş yerləri tapacağına inanır.

Orban həftəlik müsahibəsində koronavirusa qarşı peyvənd olunanların sayının növbəti altı həftə ərzində iki dəfə artacağını qeyd edib. Hələlik peyvənd olunanlar ölkədəki 10 milyonluq əhalinin 4 milyonunu təşkil edir.

“Əgər biz, vaksinləmə üzrə planlarımızı həyata keçirə bilsək, bu bəlanın öhdəsindən gələ biləcəyik”, - deyə Viktor Orban bildirib.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed