Şrift:
YUNESKO-nun Hökumətlərarası Komitəsinin iclası keçirilir
03.12.2012 [10:56] - Gündəm, Mədəniyyət
Mədəniyyət və Turzm Nazirliyinin rəsmi saytı xəbər verir ki, 3-7 dekabr tarixində YUNESKO-nun Parisdəki qərargahında təşkilatın Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin növbəti iclası keçirilir.

İclasda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə və YUNESKO-nun adıçəkilən komitəsinin eksperti Sənubər Bağırova daxildir.

Sessiyada üzv ölkələrin YUNESKO-ya təqdim etdiyi qeyri maddi mədəni irs nümunələri, komitənin gələcək fəaliyyət mexanizmləri, büdcə məsələləri, növbəti Sessiyanın keçirilmə yeri və tarixi, Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın 10 illik yubiley tədbirləri və s. məsələlər müzakirə ediləcək.
Bu xəbər oxucular tərəfindən 1040 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed