17.05.2021 [14:46] - Gündəm, Sosial
Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Universitetin mətbuat xidmətindən bildiriblər ki, professor, həmçinin akademiyanın “Beynəlxalq qızıl ulduz” medalı ilə də təltif edilib.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə akademiyaya üzvlük diplomunu və qızıl medalı alimə təqdim edib. O, Azərbaycan elminin inkişafına və ümumilikdə Türk dünyası elminə göstərdiyi böyük xidmətlərə görə A.Ağayevin bu qurumun həqiqi üzvü seçildiyini və "Beynəlxalq Qızıl Ulduz” medalına layiq görüldüyünü bildirib.
Anar Ağayev də öz növbəsində mükafatın Azərbaycan alimlərinin elmi fəaliyyətinə verilən böyük qiymət olduğunu vurğulayaraq, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına minnətdarlığını bildirib.
Professor Anar Ağayev 2001-ci ildən etibarən Tibb Universitetində müxtəlif vəzifələrdə çalışıb. 60-dan çox elmi iş və məqalə müəllifi olan Anar Ağayevin əsərləri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunub.
Qeyd edək ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası mərkəzi qərargahı Ankarada fəaliyyət göstərən, Türk elmini və mədəniyyətini araşdırılması və təbliği ilə məşğul olan beynəlxalq elmi qurumdur. Akademiyanın “Beynəlxalq qızıl ulduz” medalı Türk dünyası elminə və təhsilinə yüksək xidmətlər göstərmiş şəxslərə təqdim edilən mükafatdır. Bu günə qədər Tibb Universitetinin bir sıra görkəmli alimləri həmin akademiyanın həqiqi üzvü seçilib.

Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |