Şrift:
MDB Hökumət Başçıları Şurasının iştirakçıları Belarusun Baş naziri ilə görüşüblər
28.05.2021 [11:14] - Xəbərlər, Siyasət
Mayın 28-də Minskdə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası ərəfəsində Belarusun Baş naziri Roman Qolovçenkonun iclas iştirakçıları ilə görüşü keçirilib.

Görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edib. Görüş zamanı R.Qolovçenko Azərbaycanın Respublika Günü münasibətilə Baş nazir Əli Əsədova təbriklərini çatdırıb.

Gün ərzində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iclas iştirakçılarını qəbul edəcəyi gözlənilir. Daha sonra isə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed