28.05.2021 [11:15] - Gündəm, Mədəniyyət
Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) 28 May - Respublika Gününə həsr olunan videokonfrans keçirilib.
TKTA-dan bildirilib ki, tədbir Respublika Gününə həsr olunan videoçarxın nümayişi ilə başlanıb.
Videokonfransda çıxış edən agentliyin Hüquqi təminat departamentinin direktorunun müavini, Hüquqi məsələlərin tənzimlənməsi şöbəsinin müdiri Səbuhi Əfəndiyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi yol haqqında ətraflı məlumat verərək, bu günün tariximizin ən şərəfli səhifəsi olduğunu qeyd edib.
Daha sonra çıxış edən Akkreditasiya və lisenziya şöbəsinin müdiri İlham Hümbətov bildirib ki, həmin dövrdə və belə bir şəraitdə cümhuriyyətin elan olunması və dünyaya tanıdılması istiqamətində Azərbaycan ziyalıları, ideoloqları gərgin mübarizə nəticəsində əllərindən gələni əsirgəməyərək bu müqəddəs vəzifəni yerinə yetirməyi bacarıblar.
Videogörüş zamanı agentliyin Kvalifikasiyaların tanınması şöbəsinin müdiri Aysel Kərimli də həmin dövrdə baş verən hadisələri xronoloji ardıcıllıqla qeyd edərək Xalq Cümhuriyyətinin az yaşamasına baxmayaraq xalqımızda azadlıq və müstəqillik fikirlərinin formalaşmasında müstəsna rolunu diqqətə çatdırıb.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra cümhuriyyət tarixinin araşdırılmağa başlandığını və bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna qərarlarını xatırladan çıxışçılar hazırda sözügedən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin tariximiz üçün əhəmiyyətini xüsusi vurğulayıblar.

Bu xəbər oxucular tərəfindən 689 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |