31.05.2021 [09:25] - Gündəm, Sosial
Ağstafa rayonu ərazisindəki Candargöl ölkəmizin qərbindəki iki ucqar nöqtəsindən biridir. Azərbaycanla Gürcüstan arasındakı sərhəd bu gölün ortasından keçir. Göl dəniz səviyyəsindən 291,4 metr yüksəklikdə yerləşir. Dərinliyi isə 4 metrə yaxındır. Candargöl haqqında tarixi mənbələrdə maraqlı məlumatlar yer alıb.
Cənubi Qafqazın 1823-cü və 1880-ci illərə aid xəritələrində göl coğrafi obyekt kimi qeydə alınıb. Göl həm də şirinsuludur. Florasında isə qamış və həsirotu üstünlük təşkil edir.
Göldə suyun temperaturu yayda 30-32 dərəcə isti, qışda isə mənfi 3 dərəcəyə qədər təşkil edir. Nadir hallarda çox soyuq keçən qış aylarında gölün suyu donur. Daimi təbii axarları yoxdur. Əsasən xan arxı və ya “Qardabani arxı” və hövzəsindəki suvarma sistemlərinə daxil olan arxların gətirdiyi çay suları, eləcə də atmosfer və yeraltı sular hesabına qidalanır.
Candargölündə 20-dən artıq balıq növü yaşayır. Burada karp, şirbit, çömçə balığı, ağ amur, xramulya balığına rast gəlinir. Balıqların burada ovlanması isə qadağandır.
Gölün adının 1140-46-cı illərdə Azərbaycan və Aran hökmdarı olmuş Çavlı Candar və onun mənsub olduğu candar - türk tayfasının adı ilə bağlı olduğu güman edilir. Bu tayfa yalnız Cənubi Qafqazın deyil, həmçinin Osmanlı dövlətinin təşəkkülü və inkişafında mühüm rol oynamış toplumlardan biridir.
Candargölün Azərbaycan hissəsindəki yaxın yaşayış məntəqəsi Ağstafa rayonunun Ağgöl kəndi, digər Gürcüstan tərəfindəki sahilindəki kəndi isə Qardabani rayonunun Candar kəndidir. Bu göl turizmin inkişafı baxımından da böyük potensiala malikdir. Gələcəkdə bura turistlərin cəlb edildiyi məkanlardan birinə çevrilə bilər. Candar göl ətrafında “Aşel” və “Mustye” dövrlərinə aid Qaradüz, Qarabiğ, Sarıburun abidələri yerləşir. Həmçinin Candargölün yaxınlığında Keşikçidağ mağaralar kompleksinə aid edilən 9 ədəd kurqan tipli arxeoloji abidələr də mövcuddur.

Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |