Şrift:
Xəzər Televiziyasında yeni layihə - Firuzə İsmayılın təqdimatında "Persona"
10.06.2021 [10:21] - Gündəm, Mədəniyyət
Xəzər Televiziyası efirində mədəni layihəyə start verilib. Layihə çərçivəsində yeni təşəbbüs - "Persona" verilişi hazırlanıb və ilkin görüntülərdən ibarət anons artıq tamaşaçılara təqdim edilib.

Bu mövsümdən etibarən yayımlanacaq "Persona" verilişinin premyerası həftənin cümə axşamı günü saat 23:00-da təqdim ediləcək.

Firuzə İsmayılın təqdimatında ərsəyə gələn verilişin qayəsi ölkəmizin mədəni inkişafına öz töhfəsini verən tanınmış simaların daxili aləmini açmaq, onların tamaşaçıya göstərmədiyi fərdi və fərqli cizgilərini ortaya çıxarmaq, bir sözlə, "tanımadığımız tanınmışları" xalqa tanıtmaqdır.

Məzmun və görüntü keyfiyyəti baxımından öz fərqliliyi ilə seçilən verilişin əsas məqsədi Azərbaycan teleməkanında milli-mənəvi dəyərlərimizi təbliğ edən mədəni platformanın əsasını qoymaqdır.

Proqramın ilk buraxılışının qonağı Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı Mənsum İbrahimovdur.

Layihənin rəhbəri Firuzə İsmayıl Əliyeva, ssenari müəllifi Səidə Abdullayeva, rejissoru isə Elnur Məmmədovdur.

Qeyd edək ki, "Persona" izləyiciləri proqramı televiziya efiri ilə yanaşı, yutub kanalında da izləyə biləcəklər.

Verilişin ilk buraxılışının anonsunu bu linkdən izləmək olar- https://www.youtube.com/watch?v=TAA2QyDTl6w
Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed