Şrift:
Tanınmış şərqşünas Məsiağa Məhəmmədinin «Güney Azərbaycan məsələləri» kitabı işıq üzü görüb
07.12.2012 [16:51] - Gündəm, Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Kitab üç hissədən ibarətdir: məqalələr, müsahibələr və tərcümələr.
«Güney Azərbaycan məsələləri» belə təqdim olunur: «Kitabın oxunması və gündəmə gəlməsi ona görə vacibdir ki, burada əsasən ölkəmiz müstəqillik qazandıqdan sonra dünyada yaranan yeni nizam və şərtlər daxilində bizim qayğılarımız təhlil edilir. Elə bir nizam ki, onun qaydaları sərt, şərtləri ağırdır. Bir çoxlarına çatmasa da. Biz bu yeni düzəndə yerimizi tapmalıyıq. Biz azərbaycanlılar. Güneydə, Quzeydə, Avropada, Amerikada yaşamasından asılı olmayaraq. Bunun üçün daxilimizdə və ətrafımızda nə baş verdiyini yaxşıca təhlil etməli, dərindən anlamalıyıq. Tarixin ibrət dərsləri də öz yerində. Dünya, düzən və şərtlər nə qədər dəyişsə də, Azərbaycanın problemi illər boyu dəyişmir: Güney Azərbaycan və Qarabağ. Bu iki problem bir-biri ilə o qədər yaxın və əlaqəlidir ki, birindən bəhs etdikdə o birini unutmaq özünü tanımamağa bərabərdir. Məsiağa Məhəmmədinin kitabda təqdim etdiyi bütün yazıların məğzi elə bundan ibarətdir. Bizim bütün problemlərimizin mərkəzində Azərbaycana və ana dilimizə münasibət dayanır. Kitabda fars şovinizminin anti-türk və anti-Azərbaycan təbliğatının çeşid-çeşid nümunələri sərgilənir, ciddi sənədlər, qaynaqlar və elmi dəlillər əsasında oxuculara təqdim edilir. Müəllif çağdaş mərhələdə fars şovinizminin türklüyə qarşı yönəlmiş təbliğatının əsas mövzularını açıqlayır».
Bu xəbər oxucular tərəfindən 1332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed