Şrift:
Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
29.06.2021 [11:41] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın dəvəti ilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun rəhbəri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədi

Nümayəndə heyətinin üzvləri iyunun 29-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Nümayəndə heyətinin üzvləri görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüblər.

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.

Qonaqlar, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət ediblər. Nümayəndə heyətinin rəhbəri Süleyman Arslan xatirə kitabına ürək sözlərini yazıb.
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed