08.12.2012 [10:39] - Müsahibə
Müsahibimiz, İsveçrə-Azərbaycan Ticarət Təşkilatının sədri, jurnalist Elxan Həsənlidir.
- Elxan bəy, BP-Azərbaycan arasında qarşıdurma güclənməkdədir. Sizcə, proseslərin görünməyən tərəfində nələr durur?
- Meksika körfəzindəki (xəlic) uğursuzluqdan sonra BP şirkətinin idarəçiliyində bir xaos yaranıb. Artıq Ağ Evin də bu şirkətə münasibətdə ehtiyatlı siyasət yürüdür. BP 4 milyard dollara qədər cərimə ödəməlidir. Artıq Meksika körfəzindəki işlərini devr edən bir şirkətin digər ərazilərdə də problemləri yaranıb. Bu problemlərdən biri də Azərbaycandadır. Meksika körfəzində problemlər yarananda şirkətin əvvəlki prezidenti Tony Hayvard Bakıya səfərə gəlmişdi. Rəsmi məlumatlarda işgüzar səfər kimi qeyd olunsa da, əslində bu səfərin məqsədi BP-nin durumu haqqında Azərbaycan hökumətini məlumatlandırmaq idi. Bununla da şirkət Azərbaycanda üzərinə götürdüyü öhdəliklərin yumşaldılmasına calışıb. Bu yolla maliyyə durumunu düzəltməyə calışan şirkətin idarəciliyindəki xaos (hərc-mərc) Tony Hayvard istefaya getdikdən sonra daha da gücləndi. Güman etmək olar ki, Azərbaycan hökuməti şirkətə vəziyyətdən cıxmaq ücün müəyyən vaxt verib. Tony Hayvard istefaya getdikdən sonra şirkət sadəcə anlaşmanı unudub ki, bu da Azərbaycan tərəfinin, xüsusilə də prezidentin ciddi narazılığına səbəb olub. Sanki BP Azərbaycan hökumətinin ona həmişəlik güzəştə gedəcəyini düşünür, üzərinə götürdüyü öhdəliklərə ciddi yanaşmayıb.
- Ümumiyyətlə, BP Azəraycanda siyasi gərginlik yarada bilərmi?
- Son dövrlərdə qərb mətbuatında Azərbaycan hökumətinə qarşı bir növ səlib yürüşü başlayıb. Qərb mətbuatının, xüsusilə də Böyük Britaniya kütləvi informasiya vasitələrində Azərbaycan iqtidarına qarşı dayanmadan tənqidlər səslənir. Bu tənqidlərə nəzər salmaq kifayətdir ki, onların söykəndiyi qaynaqlar deşifrə (aşkar) olunsun. Bu məlumatlar Azərbaycanı, onun iqtidarını yaxından tanıyanlar tərəfindən, bəlkə də onun öz içındən ötürülür. Bu sıraya BP şirkətini də əlavə etmək olar. BP şirkəti Britaniyanın ünlü qəzetlərinə reklam verir, Avropa ölkələrində qəzetlərin, ümumilikdə kütləvi informasiya vasitələrinin əsas qazanc mənbəyi reklamdır. Reklamlarla yanaşı qəzetlər BP-nin siyasət ruporuna (qozariş) cevrilirlər. Şirkətin maraqlarını qorumag üçün onlara əmr verməyə gərək yoxdur, hər hansı problem ortaya cıxan kimi kütləvi informasiya vasitələri hərəkətə keçirlər. Görünür, bu yolla Azərbaycan iqtidarını yumşaltmağa calışırlar ki, BP-ə qarşı mərhəmətini daha da uzatsın.
BP-nin hazırkı durumu ürəkacan deyil və bu durumdan çıxmaq üçün müxtəlif variantlara (seçənəklər) əl atıla bilər. Ancaq Azərbaycan iqtidarının da qərb mətbuatıyla əlaqələri çox zəif qurulub. Qərb ictimaiyyətiylə münasibət qurmag üçün əsasən təmtəraqlı toplantılara üstünlük verilir ki, bu da mətbuat dairələrini daha da qıcıqlandırır. Ermənilərin fəallığını da bura əlavə etsək, arzuolunmaz bir səhnə yaranır. Vəziyyətdən çıxmaq üçün qərb jurnalistləriylə fərdi qaydada işləmək, onlara haqlı olduğunu qəbul etdirmək lazımdır. Azərbaycanın ağrılı problemlərini qərb ictimaiyyətinə çatdırmaq üçün bu yoldan istifadə edirik və deyə bilərəm ki, bu metod işləyir.
<!--[endif]-->
- İranın bu proseslərdə hansısa tərəfdən yararlanması mümkündürmü? Ola bilməz ki, İran bu hadisələri izləməsin?
- Xatırlayırsınızsa, bir müddət öncə, prezident Azərbaycana müxtəlif istiqamətlərdən təzyiqlərin olacağını söyləmişdi. Azərbaycandan nəsə qoparmağa calışanlardan biri də İrandır. İranın əsas istəyi Azərbaycanın inkişafının qarşısını almaqdır. Azərbaycan nə qədər zəif olarsa, oraya islam inqilabını ixrac etmək də bir o qədər asan olar. İranın əsas taktikası budur. Rusiyanın Azərbaycana təzyiqləri acıq sezilməkdədir. Burada əsas narazılıq enerji dəhliziylə bağlıdır.
Prezident seçkiləri ərəfəsində təzyiqlər daha da güclənəcək. Prezidentin yaxın ətrafını ona qarşı qoymağa çalışırlar. Abbas Abbasov, Araz Ağalarovun fəaliyyəti buna misal ola bilər. Bu təzyiqləri dəf etmək üçün Azərbaycan iqtidarının da yəqin ki, fəaliyyət planı var. Son təyinatlar da göstərir ki, Azərbaycan iqtidarı gücünü səfərbər edir. İlham Əliyev elə bir idarəçilik sistemi qurub ki, nəinki onun yaxın ətrafı, hətta onun yaxın ətrafının da ətrafı ona sadiq görünür.
Söhbətləşdi: Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1247 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |