Şrift:
Bolqarıstan ölkəyə giriş üçün yeni şərtlər qəbul edib
02.07.2021 [10:38] - Xəbərlər, Sosial
Bolqarıstanın Səhiyyə Nazirliyi iyulun 1-dən etibarən koronavirusun aktiv yayılma zonalarına uyğun olaraq ölkəyə giriş üçün yeni qaydalar tətbiq edəcək.

Bu barədə Bolqarıstanın səhiyyə naziri Stoiço Katsarovun sərəncamında deyilir.

Dəyişikliklər iyulun 1-dən qüvvəyə minən ümumi Avropa peyvənd sertifikatı səbəbindən tətbiq edilib.

Nazirin sərəncamına əsasən, heç bir test və sertifikat olmadan ölkəyə buraxılacaq uşaqların yaşı 12 yaşa qədər artırılır.

Sənədə əsasən, Bolqarıstana Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi, Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ mərkəzləri tərəfindən verilən məlumatlar əsasında müəyyən edilən yalnız yaşıl və narıncı bölgələrdən olan vətəndaşlar qəbul ediləcək. Ölkənin zonasını təyin etmək üçün əsas meyarlar son 14 gündə COVID-19-un yayılma dərəcəsi və son yeddi gündə pozitiv koronavirus testi nəticələridir.

Yaşıl və narıncı ölkələrdən olan vətəndaşlar, peyvənd sertifikatı, keçirilən xəstəlik barədə sənəd və ya koronavirus testi əsasında Bolqarıstana qəbul edilir. Əlavə olaraq, narıncı ölkələrdən gələn insanlar üçün əlavə ekspress COVID-19 testi tətbiq edilə bilər. Qırmızı zonadan olan vətəndaşların girişi bəzi xüsusi şəxslər kateqoriyası istisna olmaqla, bağlıdır.

Bu gün yaşıl zonada olan ölkələr Avstriya, Almaniya, Estoniya, İslandiya, Litva, Lüksemburq, Malta, Polşa, Slovakiya, Macarıstan, Finlandiya, Xorvatiya, Yunanistan, Danimarka, İtaliya, Sloveniya, Fransa, Norveç, San Marino Respublikası, Andorra, Monako Knyazlığı və Vatikandır.

Qırmızı zonada isə Hindistan, Banqladeş, Nepal, Myanmar, Butan, Şri-Lanka, Maldivlər, Braziliya, Cənubi Afrika, Botsvana, Birləşmiş Tanzaniya, Seyşellər, Namibiya, Zambiya, Tunis, Oman, Malayziya, Kolumbiya, Monqolustan, Çili, Uruqvay, Argentina, Braziliya, Paraqvay, Boliviya, Peru, Kosta Rika, Qvatemala, Beliz, El-Salvador, Kuba və Dominikan yer alıb.

Qırmızı və yaşıl zonalara daxil olmayan Azərbaycan, Rusiya, Ukrayna, Moldova, Belarus, Qazaxıstan və digər ölkələr narıncı zonadadır və bu ölkələrin vətəndaşları Bolqarıstana gəldikdən sonra müvafiq testlərə məruz qala bilərlər.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed