Şrift:
shaq Cahangiri: “Elektrik kəsintiləri avqustun əvvəllərinə qədər davam edəcək”
07.07.2021 [14:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ölkənin Milli Elektrik Şəbəkəsi İdarəetmə Mərkəzini ziyarət edərkən jurnalistlərə açıqlama verən İshaq Cahangiri deyib ki, işıqların gündə bir neçə dəfə kəsilməsi ən azı bir ay da davam edəcək.


“Elektrik kəsintiləri maksimum avqust ayının əvvəllərinə qədər davam edəcək.


Hazırda bizim elektrik istehlakımız təxminən 64 min meqavatdır. Halbuki, istehsal gücümüz 53 min meqavat civarındadır. Beləliklə də demək olar ki, elektrik istehsalı sahəsində 11-12 min meqavat kəsrimiz var.


Sabah isə (iyulun 7-də-red) Nazirlər Kabinetinin iclasında ölkə konstitusiyasının 127 və 138-ci maddələrinə görə, energetika nazirinə lazım olan səlahiyyətlər veriləcək ki, o işıqların gündəlik ard arda kəsilməsindən yaranan bu böhranı idarə edə bilsin və bu problemi aradan qaldıra bilsin.


Bundan başqa kriptovalyuta istehsalı ilə məşğul olan mərkəzlərə də bildirilib ki, ölkənin işıq böhranı ilə üz-üzə qaldığı indiki həssas durumunda, onların istər gündüz vaxtında, istərsə də gecənin heç bir saatında fəaliyyət göstərməyə, kriptovalyuta mədənçiliyi ilə məşğul olmağa icazəsi yoxdur”, -deyə İranın birinci vitse-prezidenti İshaq Cahangiri bildirib.


Qeyd edək ki, son günlər paytaxt Tehran da daxil olmaqla İranın bir sıra şəhər və bölgələrində işıqların gün ərzində ard arda kəsilməsi hallarının baş verməsi ölkə əhalisinin kəskin etirazı ilə qarşılanıb, bir çox yerlərdə isə vətəndaşların küçələrə axışaraq hakimiyyətə qarşı şüarlar səsləndirməsinə gətirib çıxarıb.
Bu xəbər oxucular tərəfindən 1124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed