Şrift:
Kaxa Sixarulidze: Nizami Gəncəvi özündən sonrakı nəsillərə faydalı əsərlər bəxş edən dahidir
08.07.2021 [14:09] - Gündəm, Mədəniyyət
Nizami Gəncəvi özündən sonrakı nəsillərə faydalı əsərlər bəxş edən hərtərəfli dahidir. Onun dahiliyi, ilk növbədə, Azərbaycan xalqına məxsusdur, lakin gürcü xalqı da onunla qürur duyur. Nizami bütün Qafqazın dahi şəxsiyyətidir.

Bu sözləri Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin birinci müavini Kaxa Sixarulidze Tbilisidə N.Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar təşkil olunan sərgidə söyləyib.

Nizami Gəncəvi yaradıcılığına böyük maraq olduğunu bildirən nazir müavini Gürcüstanda da N.Gəncəvi yaradıcılığının öyrənildiyini söyləyib.
Bu xəbər oxucular tərəfindən 584 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed