Şrift:
Soydaşlarımız Qırğızıstan hökumətinin mükafatına layiq görülüblər
08.07.2021 [14:29] - Gündəm, Mədəniyyət
Qırğızıstanın Bişkek şəhərindəki “Türkel” Media Qrupunun prezidenti Hökümə Xəlilova və baş redaktoru Ramiz Məşədihəsənli Qırğızıstan hökumətinin “Xalqlar arasında dostluq, həmrəylik və əmin-amanlıq” medalı ilə təltif olunublar.

Mükafatı Qırğızıstan Xalqları Assambleyasının sədri, akademik Erqanı Erkebayev təqdim edib.

Akademik soydaşlarımızı təbrik edərək “Türkel” Media Qrupunun fəaliyyətindən danışıb və bildirib ki, 20 il ərzində “Türkel” qəzeti, “Altın körpü” jurnalı, bir neçə portal, Qırğızıstanın “Piramida” dövlət televiziya kanalında efirə çıxan “Dostluq körpüsü” proqramı türk dünyası arasında əsl körpü rolu oynayır.

Assambleyanın sədri ölkədəki sabitliyin, əmin-amanlığın qorunmasında mətbuatın böyük rol oynadığını vurğulayıb. O indiyədək Qırğızıstanda yaşayan 80-dən çox xalqın və millətin nümayəndələri arasında milli zəmində heç bir münaqişənin baş vermədiyini və xalqların dostluq, bərabərlik və həmrəylik şəraitində yaşadıqlarını bildirib.

Xatırladaq ki, bu yaxınlarda soydaşlarımız Qırğızıstanın sosial-mədəni həyatında aktiv iştirak etdiklərinə görə “Alatoo Xanımları” təşkilatının təsis etdiyi “Alımjan Dadka” və “Kanıkey” ordenləri ilə də təltif olunublar.
Bu xəbər oxucular tərəfindən 623 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed