Şrift:
Qarabağda döyüşlərə cəlb olunmuş muzdlunun növbəti məhkəməsi keçirilir
22.07.2021 [11:20] - Xəbərlər, Sosial
İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.

İctimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında media nümayəndələri, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edirlər.

Hakim Samir Əliyevin sədrlik etdiyi məhkəmə iclasında təqsirləndirilən şəxs son sözünü deyib.

Hakimlər təqsirləndirilən şəxsə hökm oxumaq üçün müşavirəyə yollanıb.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3.1-ci (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed