Şrift:
Anadolu agentliyi: “Alov qüllələri” şəhərə gələn turistlərin diqqətini çəkir
22.07.2021 [11:41] - Xəbərlər, Mədəniyyət
Türkiyənin Anadolu agentliyi Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən “Alov qüllələri” kompleksindən FOTOSESSİYA yayıb.

Paytaxt Bakının müxtəlif səmtlərindən çəkilmiş orijinal fotolarda “Alov qüllələri”nin əzəməti, şəhərin füsunkar gözəlliyi, mavi Xəzər sahilinin göz oxşayan gecə mənzərələri tərənnüm olunur.

FOTOSESSİYA-da təqdim olunan fotoların alt yazısını mətni belədir: “Azərbaycanın paytaxtı Bakının məşhur tikililərindən və memarlıq simvollarından olan “Alov qüllələri” işıqlandırıldıqda füsunkar gözəllik yaradır. Bakının demək olar ki, hər yerindən görünən “Alov qüllələri” şəhərə gələn turistlərin də diqqətini çəkir.”
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed