Şrift:
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) zəlzələ qurbanları barədə bəyanat yayıb
11.12.2012 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) Güney Azərbaycanında zəlzələdən əziyyət çəkən adamların etnik diskriminasiya üzündən lazımi dövlət qayğısından məhrum edildikləri barədə bəyanat yayıb. Açıqlamada deyilir ki, Güney Azərbaycanda dörd ay öncə baş vermiş zəlzələyə baxmayaraq, bölgədə yağan güclü qar səbəbilə zəlzələnin ziyan vurduğu insanlar hələ də çadırlarda üşüyür.

"Qaradağ bölgəsində baş verən zəlzələdən artıq dörd ay keçir. İslam Respublikasının hökuməti isə bunun vacibliyini ciddiyə almayaraq hələ də zəlzələnin vurduğu 300-dən artıq kəndlərdə əhalinin böyük əksəriyyəti etnik türk olan minlərlə insana söz verdiyi əlavə sığınacaq yerlərini təmin etməyib," deyə ADAPP yaydığı bəyanatda bildirir. "Avqust ayının 11-də evləri sadə palçıq kərpicdən tikilmiş zəlzələ qurbanlarının çoxu çadırlarla təmin edilərək soyuq qış gələnə qədər evlərinin yenidən tikiləcəyi ümidi ilə tərk ediliblər. Qış fəsli daxil olub, lakin onlar hesabatlarda nəzərə alınmayib, soyuqla əlaqəli xəstəliklər isə sürətlə artmaqdadır."

ADAPP rəsmilərinin sözlərinə görə ən narahatedici hal İran hökumətinin zəlzələ haqqında həqiqətlərin yer aldığı hesabatların qarşısını hər cəhdlə alması və yardım göstərmək üçün qeydə alınan çox sayda mülki şəxsi həbs etməsidir. Rəsmi dövlət hesabatlarında Təbriz zəlzələsi zamanı 306 nəfərin öldüyü bildirilir. Belə ki, mətbuat nümayəndələri, yerli insan haqları fəalları və İran parlamentinin azərbaycanlı nümayəndələri göstərilən rəqəmin dramatik şəkildə azaldıldığını və bunu inkar etmək üçün kampaniyaya başladıqlarını bildiriblər. Beynəlxalq Qırmızı Aypara Təşkilatı verdiyi məlumatda ən az 16000 insanın hüzür mərasimində iştirak etdiyini bildirib.

Azərbaycan parlamentinin bəzi nümayəndələri və yerli mətbuat orqanları İran hökumətinin hadisəyə yanaşma tərzini kəskin tənqid edib. Dövlət media orqanlarında çalışan jurnalistlər də zəlzələ baş verdikdən sonra 24 saat ərzində hadısəni çox az yada heç işıqlandırmayıblar. İran hökuməti ayrıca olaraq xilasetmə və qurtarma əməliyyatlarına hadisədən 24 saat sonra başladığı üçün tənqid olunub

Zəlzələ bölgəsindən olan azərbaycanlı millət vəkili Allahverdi Degani İran parlamentinə müraciətində xilasetmə əməliyyatını və sonrakı xilasetmə səylərini tənqid edib. Noyabr ayının 18-də etdiyi çıxış zamanı o “təəssüflə zəlzələnin zərər vurduğu bölgələrdə yaşayan insanların yalnız 15 faizinin yerləşdirildiyini vurğulayıb.” Bu çıxışından bir neçə gün sonra parlament üzvü Degani naməlum şəraitdə avtomobil qəzasına düşərək ağır yaralanıb, həyat yoldaşı və iki övladı həlak olub. Yerli əhali və jurnalistər bunun düşünülmüş qeyri ədalətli oyun olduğunu deyərək, hadisənin təsadüf nəticəsində baş vermədiyini iddia edirlər.

Dekabr ayının 3-də soyuq qış ayı ərzində çadırlarda əziyyət çəkən insanlarla həmrəyliklərini göstərmək üçün İranın Traktor Sazi futbol kamandasının Azərbaycanlı pərəstişkarları zəlzələdən əziyyət çəkənlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün köynəklərini soyunublar. Dəyənəklərlə silahlanmış zabitlər dərhal onlara hücum edib.

İran əhalisinin 25-35%-ni təşkil edən etnik Azərbaycan türkləri ölkədə ən böyük linqvistik azlıqdır. Ölkədəki digər azlıqlardan fərqli olaraq azərbaycanlılar həm də irqi və mədəni, iqtisadi, və dil ayrıseçkiliyinə məruz qalırlar.
Bu xəbər oxucular tərəfindən 1216 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed