Şrift:
BDU-nun Kimya fakültəsinin məzunu Günel Həsənova 14 xarici universitetin magistratura pilləsinə qəbul olub
10.08.2021 [14:41] - Gündəm, Mədəniyyət
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsindən bu il məzun olan Günel Həsənova 14 xarici universitetin magistratura pilləsinə qəbul olub.

BDU-dan bildiriblər ki, həmin universitetlərin sırasında İtaliyanın məşhur Bolonya, Sapienza, Milan, Genuya, Ka foskari Venesia, Kataniya, Turin kimi nüfuzlu ali təhsil müəssisələri var.

G.Həsənova BDU-da təhsil aldığı müddətdə fəal tələbələrdən biri olub. O, “İqlim dəyişikliyinin səbəbləri”, “Gənclərin regional inkişafda rolu”, “Təbiət dostları”, “Alternativ enerji mənbələri” və s. layihələrə rəhbərlik edib.
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed