12.08.2021 [14:12] - Gündəm, Sosial
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə avqustun 12-də Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarında genişmiqyaslı dezinfeksiya işləri aparılıb.
Rayonların ərazisində küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində, yaşayış binalarında və vətəndaşların çox istifadə etdiyi digər məkanlarda dezinfeksiya işləri həyata keçirilib. Park və xiyabanlarda oturacaqlar və söhbətgahlar da xüsusi məhlullarla dezinfeksiya olunub.
Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentinin baş mühəndisi Azər Əliyev bildirib ki, məişət tullantılarının atıldığı konteyner meydançalarında və idman-əyləncə qurğularında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülüb: “Paytaxtın digər rayonlarında tibbi-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş qaydada bundan sonra da davam etdiriləcək”.
Qeyd edək ki, dünyada, xüsusilə qonşu Rusiya, İran, Gürcüstan və Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Son dövrdə Azərbaycanda da koronavirusa yoluxma və bununla bağlı ölüm hallarında artım qeydə alınır. Azərbaycanda gündəlik yoluxma sayı son günlərdə 2 min nəfəri keçib.
Mövcud vəziyyətlə əlaqədar vətəndaşlar koronavirus əleyhinə vaksinasiya prosesində daha fəal olmalı, qapalı məkanlarda tibbi maskadan istifadə etməli və sosial məsafəni saxlamalıdırlar.

Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |