Şrift:
Jurnalistika ixtisasına qabiliyyət imtahanı avqustun 19-da keçiriləcək
12.08.2021 [14:19] - Xəbərlər, Bildiriş
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 19-da keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dillərində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında tanış olmaq mümkündür.
Bu xəbər oxucular tərəfindən 1530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed